Milli Məclisin yaz sessiyası ərzində “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün işçi qrupun yaradılması nəzərdə tutulur.
Bunu parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli komitənin bu gün keçirilən iclasında çıxış edərkən deyib.
İ.Həbibbəylinin sözlərinə görə, yaz sessiyası ərzində “Ümumi təhsil haqqında” qanun layihəsinin ikinci və üçüncü oxunuşda müzakirəsi də nəzərdə tutulur: “Fevral-mart ayında “Ümumi təhsil haqqında” qanun layihəsi ikinci oxunuşdan keçsə, 3-cü oxunuş apreldə baş tuta bilər. Apreldə isə “Ali təhsil haqqında” qanun layihəsinin hazırlanması üçün iş qrup yaradacağıq”.
MM-in payız sessiyasında komitəyə bir çox müraciətlərin daxil olduğunu deyən millət vəkili qeyd edib ki, bir çox müraciətlər tələbələrin ödənişi ilə bağlı olub.
Komitə sədri əlavə edib ki, sosial müdafiəyə ehtiyacı olan tələbələrin təhsil haqqının ödənilməsi ilə bağlı müraciətləri qanunvericliyə uyğun şəkildə müsbət həll edilib.
trend.az