“Dəyişikliklərə doğru”: Bakıda üçüncü dəfə “SHE Congress” keçiriləcək
21.2.2019

6 mart 2019-cu il traxində “JW Marriott Absheron Baku” hotelində üçüncü “SHE Congress” (“Smart. Happy. Elegant.”) – qadınların liderlik və sahibkarlıq tədbiri keçiriləcək.

Təşkilatçılardan verilən məlumata görə, tədbirin əsas mövzusu dəyişikliklərin idarə olunmasına həsr olunacaq, o bacarıq ki, müasir qadının həm öz işində, həm də ümumilikdə cəmiyyətdə uğurunu müəyyənləşdirir.

Konqres “RED Communications” agentliyinin icraçı partnyoru, “Edutainment.az”ın həmtəsisçisi, Azərbaycan Respublikasında qadın sahibkarlığının inkişafına verdiyi dəstəyə görə “Tərəqqi” medalına layiq görülən Tatyana Mikayılovanın rəhbərlik etdiyi “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti tərəfindən təşkil olunur. Tədbir Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən dəstəklənir.

Lider və yaradıcı qadınlar iqtisadiyyatın, xüsusilə, kiçik və orta biznesin, həmçinin, cəmiyyətin və ailənin yeni hərəkətverici qüvvəsidır. “SHE 2019” konqresinin əsas məqsədi azərbaycanlı qadın sahibkarları və müxtəlif sahələrdən çalışan mütəxəssisləri ruhlandırmaq, onlara dəstək olmaq və uğurlu nümunələri göstərməkdir. Konqresin qonaqları mövcud tendensiyaları tanınmış beynəlxalq və yerli ekspertlərlə birgə öyərənəcəklər.

“Azərbaycanda “SHE Congress” artıq üç il ardıcıl olaraq keçirilir və bu, özlüyündə bir çox şeydən xəbər verir. Ölkəmiz tarixən qadınlarıın ictimaiyyətdə mühüm rol oynamasına və onların inkişafına müsbət yanaşan bir ölkə olub. Hələ XX əsrin əvvəlində müsəlman dünyasında seçki hüququna ilk dəfə olaraq məhz Azərbaycan qadını malik olub. Lakin, bu gün əsas məsələ peşəkar sahələrdə çalışan qadınların uğurlarını bu tarixlə əlaqələndirməkdir. “Azərbaycanın 100 işgüzar qadını” cəmiyyəti tərəfindən hazırlanan və qadınların liderliyinə həsr olunmuş “She Leads” adlı unikal korporativ proqramı da məhz bu məqsədə xidmət edir. Bura müxtəlif biznes təlimləri, master-klasslar, mentor proqramları və s. aiddir”, - deyə Tatyana Mikayılova qeyd edir.

Onun sözlərinə görə, konqres sahibkar qadınları, həmçinin şirkət və təşkilatlarda aparıcı vəzifələri tutan qadınları bir araya gətirən unikal bir platformadır. Burada aktual mövzular müzakirə olunur və gələcək üçün körpü qurulur. Qorxmadan dəyişikliklərə necə getmək olar? Bu dəyişiklikləri yeni imkanlara və hərəkətverici qüvvəyə necə çevirə bilərik? Hazırda dünyada, iqtisadiyyatda və cəmiyyətdə mövcud olan məhz bu tendensiyalar 6 mart tarixində gündəliyin əsasını təşkil edəcək. Onu da qeyd edək ki, bu il tədbirdə konqresin vətəni sayılan Ukraynadan və “SHE Exports”un başçılıq etdiyi rəsmi nümayəndə heyətinin iştirakı çərçivəsində b2b görüşlər də nəzərdə tutulub.

“Bu konqresin Kiyev komandası “SHE Congress” Bakı layihəsinin bu cür əmin və sürətli inkişafından böyük sevinc hissi duyur. Hətta o qədər sevincliyik ki, bu il tərəfdaşlığımızı daha da gücləndirərək təcrübə paylaşımı üçün ukraynalı qadın sahibkarlardan ibarət nümayəndə heyəti ilə birgə tədbirdə iştirak etməyə qərar vermişik. Araşdırmalar göstərir ki, imkanların gender bərabərliyi əsasında təqdim edildiyi cəmiyyəti yaratmaq üçün 190 il vaxt keçməlidir. Müxtəlif ölkələrin fəalları deyirlər ki, “bu, yolverilməz dərəcədə uzundur, müddəti qısaltmaq lazımdır”. Bu mövqedə Azərbaycanın da səsi kifayət qədər güclüdür: iki il ərzində bu konqresdə 800-dən çox qadın iştirak edib. Bilirəm ki, Tatyana Mikayılova və təşkilati komanda bu konqresi hər dəfə bir əvvəlkindən də mükəmməl edirlər və biz artıq Bakıda “HeforSheCongress” tədbirinin təşkilini planlaşdırırıq. Biz bu tədbiri ötən il Kiyevdə keçirmişik və görürük ki, qadınlar və kişilər üçün bərabər imkanların yaradılması istiqamətində kişi tərəfdaşların sayı da günbəgün artır”, - deyə “SHE Congress”in konsepsiyasının müəllifi İrina Rubis bildirib.

REKLAM

cbar.az

Daha ətraflı
Native Video by Adributor

Konqres mövcud olduğu ilk gündən bəri STEAM-dən və “qadınlara uyğun olmayan” vəzifələrdə xanım nümayəndələrin sayının artırılmasından başlayaraq qadınların daha çox idarə etdikləri sosial bizneslərədək ən aktual mövzuları önə çəkir.

Forum ənənəvi olaraq qadın liderliyi mövzusuna xüsusi diqqət ayıran “PASHA Bank”, “Mastercard” və “Coca-Cola” kimi tərəfdaşların dəstəyilə keçirilir.

Tədbirdə iştirak etmək üçün bu link vasitəsilə qeydiyyatdan keçmək lazımdır:

https://shecongress.sqiffer.com/

trend.az