Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artırılıb
19.2.2019

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”na dəyişiklik edilib.

Dəyişikliyə əsasən, Nazirlər Kabinetinin 2018-ci il 7 iyun tarixli 255 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nın 4.3-cü bəndinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilir və aşağıdakı məzmunda 4.4-cü bənd əlavə edilir:

“4.4. “Azərbaycan Turizm Bürosu” publik hüquqi şəxs.”

trend.az