Azərbaycan cüdoçuları "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayırlar
22.2.2019

Bu gün Almaniyanın Düsseldorf şəhərində cüdo üzrə Böyük Dəbilqə turniri start götürəcək.

3 gün davam edəcək nüfuzlu yarışa 93 ölkədən 606 cüdoçu qatılıb. Onlardan 362 nəfəri kişi, 244-ü qadındır. Azərbaycanı 10 kişi və 5 qadın cüdoçu təmsil edir.

İlk yarış günündə onlardan 7-si tatamiyə çıxacaq. Kişilərin mübarizəsində 60 kq çəki dərəcəsindəki Davud Məmmədsoyun ilk rəqibi 1/16 finalda honqkonqlu Martin Lau olacaq. 66 kq çəkidə yer alan Nicat Şıxəlizadə 1/32 finalda bolqarıstanlı Bojidar Temelkovla, Orxan Səfərov isə portuqaliyalı Joao Krisostomo ilə üz-üzə gələcək.

Qadınlardan 48 kq çəkidəki Aişə Qurbanlı 1/16 finalda braziliyalı Natalya Bricidanı, Leyla Əliyeva serbiyalı Milika Nikoliçi, 52 kq-da Gültac Məmmədəliyeva 1/32 finalda rusiyalı Alesya Kuznetsovanı, 57 kq-da İçinxorlu Munxtsedev 1/16 finalda braziliyalı Rafaela Silvanı sınağa çəkəcək.

Fevralın 23-də kişilərdən 73 kq-da Rüstəm Orucov 1/16 finalda Robert Barviq (Almaniya) - Fethi Nuren (Əlcəzair) cütünün qalibi, 81 kq-da Fəqan Quluzadə 1/32 finalda gürcüstanlı Boka Donqvani, Murad Fətiyev 1/32 finalda moldovalı Nikon Zaborosçukla üz-üzə gələcək.

Nəhayət, fevralın 23-də kişilərdən 90 kq-da Məmmədəli Mehdiyev 1/32 finalda israilli Li Koçmanla, 100 kq-da Zelim Kotsoyev avstriyalı Aaron Fara ilə, Elmar Qasımov 1/16 finalda Tomas Briseno (Çili) - L.A.Smit III (ABŞ) cütünün, 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri 1/16 finalda Fransisko Solis (Çili) - Ceyqu Yun (Cənubi Koreya) cütünün qalibi ilə qarşılaşacaq.

Qadınların yarışında isə 78 kq-dan yuxarı çəkidə İrina Kindzerska 1/8 finalda Sandra Yablonskite (Litva) - Kseniya Çibişova (Rusiya) cütünün qalibi ilə görüşəcək.

report.az