ETSN rəsmisi: "Azərbaycanda ekoloji cəhətdən təmiz yeni meyvə sortları yetişdiriləcək"
4.3.2019

"Azərbaycanda ekoloji cəhətdən təmiz, yerli şəraitə uyğun yeni meyvə sortları yetişdiriləcək".

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisi Rəhim İbrahimov deyib.

O bildirib ki, bununla bağlı Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri ilə birgə işlərə başlanılıb: “Bundan başqa, köhnə meyvə sortlarını bərpa etmək istəyirik. Qubanın bəzi alma növləri və digər köhnə meyvə sortlarını yenidən qaytarmaq və təmiz ekoloji məhsullar yetişdirmək niyyətindəyik. Hazırda hansı meyvə sortlarına daha çox ehtiyac varsa, onların bərpası üçün məsləhətləşmələr aparılır".

report.az