Cocuq Mərcanlı kəndinin sakinləri mineral gübrələrlə təmin ediliblər
4.3.2019

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC Cəbrayıl rayonun Cocuq Mərcanlı kəndinin sakinlərinə mineral gübrələrin təqdim edilməsi məqsədi ilə tədbir təşkil edib.

Nazirlikdən verilən məlumata görə, tədbirdə “Aqrolizinq”in İdarə Heyətinin sədr müavini Ziya Vəliyev, Füzuli rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin müdiri və digər rəhbər şəxslər iştirak ediblər.

Z.Vəliyev qəsəbə sakinləri qarşısında nitqi zamanı Cocuq Mərcanlı qəsəbəsinin ölkə rəhbərliyi tərəfindən daim diqqət mərkəzində olduğunu bildirib.

Daha sonra qəsəbədə yaşayan bütün sakinlərə normativə uyğun olaraq ödənişsiz 24 ton ammonium nitrat və 16 ton ammofos gübrələri təqdim edilib. Qəsəbə sakinlərinə mineral gübrələrin təqdim edilməsində əsas məqsəd vətəndaşları bu gübrə ilə zamanında təmin etmək və yüksək məhsuldarlığa nail olmaqdır.

report.az