Azərbaycanın qadınlardan ibarət millisinin Avropa çempionatı üçün heyəti açıqlanıb
5.3.2019

Serbiyanın Novi Sad şəhərində 23 yaşadək güləşçilər arasında Avropa çempionatında iştirak edəcək Azərbaycanın qadınlardan ibarət millisinin heyəti açıqlanıb.

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarışda yığmanın məşqçisi Rövşən Umudovun rəhbərliyi altında Türkan Nəsirova (50 kq), Tatyana Varansova (53 kq), Elis Manolova (65 kq) və Ceyla Nağızadə (68 kq) mübarizə aparacaq.

Qeyd edək ki, Avropa çempionatında qadınlar 6 - 8 martda çıxış edəcəklər. Kişilərin mübarizəsində bu gün yunan-Roma güləşçiləri Ziyad Zeynalov (55 kq) və Nəsir Həsənov (77 kq) bürünc medal üçün təsəlliverici görüşlərə çıxacaq.


report.az