Bir sıra şəhərlərin baş planı təsdiq edilib
4.4.2019

Nazirlər Kabineti bir sıra şəhərlərin inkişafına dair baş planlarını təsdiqləyib.

Trend-in məlumatına görə, bu barədə müvafiq qərarları baş nazir Novruz Məmmədov imzalayıb.

Qərarlara əsasən, Göygöl şəhərinin 2033-cü ilə, Masallı şəhərinin 2034-cü ilə, Şəmkir, Xaçmaz və Salyan şəhərlərinin 2035-ci ilə, Tovuz şəhərinin 2036-cı ilə qədərki dövrdə inkişafına dair baş planları təsdiqlənib.

report.az