Tədqiqatlar bel ağrıları zamanı manual terapiyanın faydasını təsdiqləyib
4.4.2019

Niderland alimlərinin apardıqları tədqiqatların nəticələri bel ağrıları zamanı onurğa manipulyasiyası terapiyasının məşq etmə və ağrıkəsici dərmanlardan heç də az fayda vermədiyini göstərib.

AZƏRTAC “The BMJ” jurnalına istinadla xəbər verir ki, Amsterdam Azad Universiteti alimləri tərəfindən aparılan tədqiqat bel ağrıları zamanı manual terapiyanın effektli olmasını təsdiq edib. Mütəxəssislər 35-60 yaşarası olan 9211 nəfərin iştirakı ilə 47 randomizir nəzarət tədqiqatının meta-təhlilini aparıblar.

Tədqiqatçılar manual terapiya effektini bel ağrılarının müxtəlif müalicə üsullarının, həmçinin plasebo effekti ilə müqayisə ediblər.

“Bel ağrıları zamanı manual terapiya iltihabəleyhinə və ağrıkəsici nesteroidli dərmanların, həmçinin fiziki məşqlərin göstərdiyi eyni təsirə malikdir”, - deyə yekunda mütəxəssislər bəyan ediblər.

Onların məlumatları, həmçinin manual terapiyanın plaseboya nisbətən ağrıların yüngülləşdirilməsi üsulu kimi daha effektli təsirini təsdiqləyir. Alimlərin sözlərinə görə, bu müalicə belin hərəkətverici funksiyasını ən azı qısamüddətli perspektivdə yaxşılaşdırmağa qadirdir.

Eyni zamanda, tədqiqatçılar qeyd edirlər ki, manual terapevtlər bu müalicə üsulunun müşayiət etdiyi risklər barədə öz pasiyentlərini məlumatlandırmalıdırlar.