Azərbaycan Dövlət Pantomima Teatrı teatrsevərlərin görüşünə növbəti dəfə maraqlı tamaşa ilə gələcək. Belə ki, teatr iyunun 9-da repertuarında xüsusi yer tutan “Dejavü”nü teatrsevərlər üçün təqdim edəcək.
Sənət ocağından bildirilib ki, tamaşanın müəllifləri teatrın gənc aktyorları Səbinə Hacıyeva və Bəhruz Əhmədlidir.
Səhnə əsərinin müəllifləri həm tamaşaya quruluş verib, həm də rolları ifa edəcəklər.
İki nəfərlik tamaşanın musiqi tərtibatçısı isə Əməkdar artist Elman Rəfiyevdir.
Qeyd edək ki, səhnə əsəri kişi və qadın mövzusundan bəhs edir.
azertag.az