Mahir Qabiloğlunun növbəti romanı nəşr olunub
10.6.2019

Tanımış jurnalist, yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlunun növbəti romanı işıq üzü görüb.

Üç hissədən ibarət olacaq “İtbaşı” romanının 1-ci hissəsi “Adiloğlu” nəşriyyatında çapdan çıxıb. Kitabın redaktoru Eldəniz Elgün, bədii dizayneri Zaur Qafarzadə, korrektoru Mahmud Qəzənfəroğludur.

Roman orta əsrlər dövründə Göyverən adlı şahın öz məmləkətini necə idarə etməsindən bəhs edir. Romanın ikinci hissəsinin ilin sonunda tamamlayacağı gözlənilir.


azertag.az