“Minsk 2019” ikinci Avropa Oyunlarında iştirak edəcək Azərbaycanın güləş yığmalarının heyətləri açıqlanıb.
Bununla əlaqədar iyunun 20-də Olimpiya Güləş Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımızın açıq məşqi keçirilib.
Məşqdən sonra Azərbaycan Güləş Federasiyasının prezident əvəzi Namiq Əliyev Minskə yollanacaq heyəti açıqlayıb. Bildirilib ki, sərbəst güləş üzrə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayevin rəhbərliyi ilə “Minsk 2019”da Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq), Aleksandr Qostiyev (86 kq) və Camaləddin Məhəmmədov (125 kq) iştirak edəcəklər.
İkinci Avropa Oyunlarında baş məşqçi Aslan Ağayev və böyük məşqçi Rövşən Umudovun rəhbərliyi ilə qadın güləşçilərimizdən Mariya Stadnik (50 kq), Alyona Kolesnik (57 kq), Elmira Qəmbərova (62 kq), İrina Netreba (68 kq) və Səbirə Əliyeva (76 kq) mübarizə aparacaqlar.
Yunan-Roma güləşçilərimizdən Sakit Quliyev (60 kq), Kərim Cəfərov (67 kq), İslam Abbasov (87 kq), Orxan Nuriyev (97 kq), Sabah Şəriəti (130 kq) Minskdə medallar uğrunda yarışacaqlar. Komandamız baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi ilə turnirdə iştirak edəcək.
Güləş yarışları iyunun 25-dən 30-dək keçiriləcək.
Azərbaycan yığması iyunun 21-dən 30-dək təşkil ediləcək ikinci Avropa Oyunlarında 82 idmançı ilə təmsil olunacaq.
azertag.az