Azərbaycan istehsallı tekstil məhsullarının Polşaya ixracı planlaşdırılır
24.6.2019

Azərbaycan Polşaya tekstil məhsulları ixrac etməyə hazırlaşır.

Azərbaycanın Polşadakı ticarət nümayəndəsi Nemət Nağdəliyevin məlumatına görə, artıq iki ölkə arasında bu istiqamətdə danışıqlar aparılır.

Nümayəndə qeyd edib ki, Polşa bazarında tekstil mallarına tələbat böyükdür. Bu baxımdan Azərbaycan Polşa üçün iqtisadi baxımdan etibarlı tərəfdaşdır. Hazırda Bakı Tekstil Fabriki ilə polşalı tərəfdaşlar arasında əlaqələrin inkişafı nəzərdə tutulub.


azertag.az