İranda keçirilən uşu üzrə beynəlxalq turnirdə 33 idmançımız iştirak edir
28.6.2019

İranın Astara şəhərində Azərbaycanın və qonşu ölkənin uşu üzrə yığma komandaları arasında turnirə start verilib.

Azərbaycan Uşu Federasiyasından bildiriblər ki, turnirdə ölkəmizi yeniyetmələr arasında dəfələrlə uşu üzrə Azərbaycan çempionu Amin Əlili (42 kq) və dördqat Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının gümüş və bürünc mükafatçısı Elçin Eminov (60 kq) ilə yanaşı, yeniyetmə, gənc və böyüklərdən ibarət 33 idmançı təmsil edir.

Yarışlarda idmançılarımız bütün yaş kateqoriyalarında və çəki dərəcələrində mübarizə aparırlar.


azertag.az