Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Binə Atçılıq Mərkəzində iyun ayının sonuncu cıdır yarışları keçirilib.
Azərbaycan Respublikasının Atçılıq Federasiyasından bildiriblər ki, gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda 4 müxtəlif kateqoriya və məsafələrə qaçışlar təşkil olunub.
İki yaş ingilis atların yarışdığı 1000 metr məsafədə birinci qaçışın nəticəsinə görə “Batumi Ridinq club” sahibi olduğu “Frankel” ləqəbli at qalib gəlib. İkinci yeri “Omar” AİK-in sahibi olduğu “Babi” ləqəbli at, üçüncü yeri isə “Arzu” AİK-in sahibi olduğu “Maqma” ləqəbli at tutub.
İkinci qaçışda 1400 metr məsafəyə 3 yaş Qarabağ və Dilbaz atları yarışıblar. Bu qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Xan qızı” ləqəbli at, ikinci yeri “Omar” AİK-in sahibi olduğu “Nəfəs” ləqəbli at, üçüncü yeri isə Atayev Şəmsəddinin sahibi olduğu “Sərv” ləqəbli at tutub.
Üçüncü qaçış 3 yaşdan yuxarı ingilis atların yarışdığı 1800 metr məsafə üzrə yarış gərgin mübarizə ilə yadda qalıb. Bu qaçışda birinci yeri Cabbarov Çingizin sahibi olduğu “Kənanın Kralı” ləqəbli at, ikinci yeri “Omar” AİK-in sahibi olduğu “Omar” ləqəbli at, üçüncü yeri isə Ənsərov Elşənin sahibi olduğu “Caspian Surf” ləqəbli at tutub.
Ayın axırıncı cıdır gününün son qaçışında 4 yaş və yuxarı Qarabağ və Dilbaz atları 1800 metr məsafədə güclərini sınayıblar. Bu qaçışda birinci yeri “Xan-Xan” AİK-in sahibi olduğu “Dağlar” ləqəbli at, ikinci yeri İbrahimov Ramizin sahibi olduğu “Aliqator” ləqəbli at, üçüncü yeri isə “Sərhədçi” AİK-in sahibi olduğu “Qalxan” ləqəbli at tutub.
Qeyd edək ki, yarışların ümumi mükafat fondu 11 min 400 manat təşkil edib.
azertag.az