İxtisas seçimi ilə bağlı 60, 61, 62 və 14-cü komissiyalar üzrə qeydiyyat iyunun 28-də bitdiyinə görə hazırda abituriyentlər yalnız qeyd olunan dörd komissiya üzrə “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni çap edə bilirlər.
Dövlət İmtahan Mərkəzindən bildirilib ki, ali təhsil müəssisələrinin və 11 illik təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin digər komissiyaları üzrə qeydiyyat günün sonunadək davam edəcək. Qeydiyyat başa çatdıqdan sonra abituriyentlər iyulun 6-da günün ikinci yarısından etibarən “Qabiliyyət imtahanına buraxılış vərəqəsi”ni komissiyalar üzrə qeydiyyatdan keçdikləri səhifəyə daxil olaraq çap edə bilərlər.
azertag.az