Azərbaycan Dövlət Akademik Musiqili Teatrının 109-cu mövsümü başa çatmaq üzrədir. Bu münasibətlə iyulun 4-də teatrda təntənəli mükafatlandırma mərasimi keçirilib.
Kollektivdə xüsusi yaradıcılıq fəaliyyəti ilə seçilən bir qrup əməkdaşa prizlər və pul mükafatları verilib. Mükafatlandırılanlar arasında Xalq artisti İlham Namiq Kamal və Əməkdar artist Nərgiz Kərimova da var.
Mərasimdə, həmçinin Azərbaycan Respublikasının Xalq artisti Hüseynağa Sadıqovun ailəsinin təsis etdiyi “Büllur alma” mükafatı təqdim olunub. Xalq artistləri Cənnət Səlimova, Afaq Bəşirqızı və “Balaca şahzadə” tamaşasının rəssamı Məryəm Ələkbərli “Büllur alma” mükafatına layiq görülüblər.
Azərbaycan Teatr Xadimləri İttifaqının sədri, Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətov Akademik Musiqili Teatrın direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Əliqismət Lalayevi “Sənətkar medalı”, yaradıcılıq fəaliyyətləri ilə seçildiklərinə görə teatrın aktyorları - Məhərrəm Qurbanov, Hüseyn Əlili, Əliməmməd Novruzov və Ruslan Mürsəlovu fəxri fərmanla təltif edib.
azertag.az