Mərakeş qəzeti UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasından yazır
8.7.2019

Mərakeşin “Əl-İslah və ət-Tənmiyə” qəzetində UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyası ilə bağlı “Bakı Ümumdünya İrs Komitəsini qəbul edir” başlıqlı məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Ümumdünya İrs Siyahısına daxil edilməsi üçün 36 müraciət nəzərdən keçirilir.

UNESKO-nun yaydığı bəyanatda qeyd edilir ki, sessiya iyunun 30-dan iyulun 10-dək davam edəcək. Yazıda, həmçinin sessiyada müzakirə olunan digər məsələlərdən bəhs olunur.


azertag.az