“Carlsberg Summer Cup 2019” futbol turniri Azərbaycan biznesini bir araya gətirir
10.7.2019

Bakıda ilk dəfə olaraq “Carlsberg Azerbaijan” futbol turniri keçirilir. Bu turnirdə müxtəlif sahələrdə fəaliyyət göstərən yerli şirkətlər təmsil olunur.

“Carlsberg Summer Cup 2019” turnirində ev sahibləri ilə bərabər PASHA Life, Japan Tobacco International (JTI), Soliton, British American Tabacco (BAT), Bakcell, Access Bank, Caspian Engineering Solutions (CES), Holcim, Caspian Tech, Antaris, Medical Plaza komandaları çıxış edir. Şirkətlərin komandaları futbola biganə qalmayan əməkdaşlardan təşkil olunub. Hər bir komanda təmsil etdiyi şirkətin qalib gəlməsi üçün var-gücüylə çalışır. Bu işdə onlara doğmaları və kolleqaları dəstək olur. Turnir Bakı Tennis Akademiyasının meydançasında təşkil olunur.

Turnirin qrup mərhələsi 29-30 iyun, dörddə bir oyunları isə 6-7 iyul tarixlərində baş tutub. Yarımfinala çıxmaq uğrunda JTI – BAT, Access Bank – Soliton, CES – Antaris, Medical Plaza – Holcim komandaları mübarizə aparıblar. Nəticədə BAT, Access Bank, CES və Medical Plaza komandaları yarımfinala çıxa bilib. Turnirin yarımfinal oyunları 13 iyul, finalı isə 14 iyul tarixində keçiriləcək.

“Futbol bizim ehtirasımızdır. Carlsberg-in Liverpul FK ilə uzun illərdir əməkdaşlıq etməsi, əvvəllər də geniş miqyaslı futbol turnirlərinə dəstək olması əbəs yerə deyil. Şirkətimizin prioritetlərindən biri sağlamlıq və təhlükəsizlikdir. İdman - sağlamlıqdır! İdmanla məşğul olun, sağlam həyat tərzi sürün, futbol oynayın. Futbol insanları birləşdirir, ruhlandırır və pozitiv emosiyalar bəxş edir”, - deyə “Carlsberg Azerbaijan” şirkətinin Baş direktoru Vyaçeslav Maltsev bildirib.


trend