Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyi ilə əlaqədar "Müstəqil vətənin memarı" videofilmi hazırlanıb.
Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Ulu öndərin həyat və fəaliyyətinin müxtəlif anlarını əks etdirən filmin təqdimatı 30 iyul 2019-cu il tarixində saat 19:00-da Nizami Kino Mərkəzində keçiriləcək.