Bakıda fəaliyyət göstərən Fransa-Azərbaycan Universitetinin direktoru, dosent Vazeh Əsgərov AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzində (RSXM) olub.
RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli ilə keçirilən görüşdə ikitərəfli əməkdaşlıq məsələləri, Fransa-Azərbaycan Universiteti tələbələrinin RSXM-nin bazasından istifadə etməklə yay təcrübi praktikasının keçirilməsinə hazırlıqla bağlı məsələlər müzakirə olunub.
Qeyd edək ki, Strasburq Universitetinin və Fransa-Azərbaycan Universiteti rəhbərliyinin təşəbbüsü ilə bu ali məktəbin Yer elmləri ixtisası istiqamətində təhsil alan tələbələri təcrübi praktikanı mərkəz əməkdaşlarının ekspedisiya apardıqları poliqonlarda keçəcəklər.