Adi xanımotu mərkəzi sinir sisteminə oyandırıcı təsir edir, zehni və fiziki iş qabiliyyətini artırır, tənəffüsü tənzimləyir, bronxları genişləndirir, tənəffüs yollarında sekresiyanı azaldır.
Bu bitki əsrlərlə revmatizm xəstəliklərindən, soyuqdəyməyə bir çox xəstəliyin müalicəsində xalq tərəfindən geniş istifadə edilir.
Publika.az oxucuyucuları adi xanımotunun dəriyə faydaları ilə tanış edir.
Sədəf xəstəliyi və sızanaq müalicəsinə yaxşı təsir edir
Adi xanımotunda estrogen hormonu olan lignanlar, hidrogen-sulfid tərkibli birləşmələr və polifenollər var. Ondan hazırlanan məhləm sədəf, sızanaq və digər dəri xəstəliklərinə də böyük təsir göstərir.
Əsrlər əvvəl çinlilər bu bitkinin kökünü başqa bitkilərlə qarışdıraraq qızılca, badamcıq vəzisi iltihabı və qrip kimi xəstəliklərin müalicəsində istifadə ediblər.
Qanı təmizləyir
Meksika hinduları bu bitkini doğuş əsnasında qadına verilən toniklərlə qarışdırıb. Avropalı bitki mütəxəssisləri isə qanın təmizlənməsində təsirli olan adi xanımotunu zöhrəvi xəstəliklərin müalicəsində istifadə edib.
Xərçəngə qarşı təsiri var
Adi xanımotunun faydaları ilə bağlı aparılan araşdırmalar göstərir ki, bu bitki xərçəng şişlərinin böyüməsinin qarşısını ala bilir. Bundan başqa, bu faydalı bitkinin kökünün iltihab önləyici və sərbəst radikalları məhv edici təsiri var.
Botoks təsiri var
Kosmetoloqlar deyir ki, adi xanımotu dərinin elastikliyini qoruyub saxlamasını təmin edir, botoks təsiri göstərərək dərini gözəlləşdirir, sellülit isə yox edir.
Həzmi tənzimləyir, toxluq hissi verir
Tərkibindəki inülin bağırsaqlarda faydalı bakteriyaların inkişafına müsbət təsir göstərir. Aparılan tədqiqatlar göstərir ki, xüsusən Qərb ölkələrində inülin kimi nişasta ehtiva etməyən polisakkaritlərin istifadəsi son 20 il ərzində aşağı düşüb, dolayısı ilə bağırsaq xərçəngi və ürək-damar xəstəlikləri atıb. Həmçinin inülinin toxluq hissi verir və həzm sisteminə müsbət təsir göstərir.
Digər faydaları
- Revmatizm ağrılarını aradan qaldırır.
- Mədə iltihabına faydalıdır.
- Sidikqovucudur.
- Dəri xəstəliklərinə qarşı faydalıdır.
- Tərlədicidir.
- Saçların uzanmasını sürətləndirir və kəpəyi azaldır.
- Bədəni gücləndirən tonikadır.
- Podaqra xəstəliyinin müalicəsində effektlidir.
- Həzm və öd ifrazını artıraraq həzmi asanlaşdırır, iştahanı açır.
- Yarpağının faydaları
- Dərinin yağ nisbətini normaya salır.
- Saçlardakı kəpəyi təmizləyir.
- Dəridəki yara və xoraların sağalmasını sürətləndirir.
- Ekzema və sədəf xəstəliklərinə qarşı terapevtik təsir göstərir.
Lakin nəzərə almaq lazımdır ki, xanimotu zəhərli bitkidir və onu daxilə çox az miqdarlarda qəbul etmək olar.
Saglamolun.Az