Prezident İlham Əliyev avqustun 1-də UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakı şəhərində yüksək səviyyədə təşkili və keçirilməsində, həmçinin Şəki şəhərinin tarixi mərkəzi ilə birgə Şəki Xan Sarayının Dünya İrs Siyahısına salınmasında fəal iştirak etmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncama əsasən, Əbülfəs Qarayev 1-ci dərəcəli, Sevda Məmmədəliyeva 2-ci dərəcəli, Anar Kərimov isə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif ediliblər.
Eyni zamanda, Ramil Abbəkirov, Tamerlan Axundov, Rəşad Əliyev, Seymur Həsənov, Xumar İbrahimova və Təranə Qəmbərova “Tərəqqi” medalına layiq görülüblər.
Ölkə başçısının digər bir Sərəncamı ilə Aygün Babazadə, Araz Bağırlı, Rizvan Bayramov, Vasif Eyvazzadə, Əfsun Əhmədov, Günay Əliyeva, Ələkbər Xıdırov, Pietro Laureano və Sami Yusuf “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.