Artıq yay ayları gəlir və yun adyalların, yorğanların, xalçaların təmizlənərək götürülməsinə başlanılır.
Amma xalçaları yumaq elə də asan deyil və buna xeyli zaman sərf etməli olursunuz. Ailem.az-ın verəcəyi bu üsulla xalçalarınızı asanlıqla təmizləyə biləcəksiniz.
Asan üsul:
Bir paket qarğıdalı nişastasını alın və xalçanızın hər yerinə bərabər şəkildə tökün.
1 saat gözləyin, axşamdan səhərə qədər də saxlaya bilərsiniz. Sonra tozsoran vasitəsilə xalçanın üzərindəki nişastanı təmizləyin.
Xalçanızın tər-təmiz olduğunu görəcəksiniz.