Ən populyar tərəvəzlərdən biri olan kartof eyni zamanda ən faydalı tərəvəzlərdən biridir. Kartof kaliumla zəngin olduğundan ürəyin fəaliyyətini yaxşılaşdırır.
Bundan əlavə kalium bağırsaqların normal işləməsi və qəbizliyin qarşısının alınması üçün də çox vacibdir. Bəzən məhz bu mineralın orqanizmdə çatışmazlığı nəticəsində insanda qəbizlik inkişaf edir.
Maraqlıdır ki, hətta kartof bişirilən su da orqanizm üçün çox faydalıdir. Saglamolun.az bildirir ki, bunu Almaniyanın Qidalanma İnstitutundan olan mütəxəssislər sübut edir.
Alimlərin fikrinə görə, bu su orqanizmi ziyanlı maddələrdən təmizləyir və artrit zamanı faydalıdır.
Kaliumla zəngin olan kartof suyu bağırsaqların fəaliyyətini də yaxşılaşdırır, bağırsaqların boşalmasını tezləşdirir və asanlaşdırır.
Həmçinin suyun müntəzəm olaraq istehlakı arterial təzyiqi normaya salmağa yardım edir.
Nəzərə almaq lazımdır ki, kartofu qabıqlı bişirmək lazımdır. Məhz kartofun qabıqları kalium və digər vacib maddələrlə xüsusilə zəngindir.
Saglamolun.Az