Gələn həftə Bakıda mikromaliyyə konfransı keçiriləcək
25.9.2019

Oktyabrın 4-də Azərbaycan Mikromaliyyə Assosiasiyası (AMFA) Bakıda “Mikromaliyyə yol kəsişməsində: rəqəmsal erada dayanıqlı inkişaf” adlı konfrans keçirəcək.

“Report” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, həmin gün iki ildən bir keçirilən sayca 6-cı İnvestorlar Yarmarkası da olacaq. Tədbirlər dövlət qurumlarının, xarici və yerli investorların, bankların, bank olmayan kredit təşkilatlarının, lizinq şirkətlərinin, mikromaliyyə qurumlarına xidmət göstərən şirkətlərin nümayəndələrini bir araya gətirəcək.