Azərbaycan Cənubi Koreyaya kənd təsərrüfatı məhsulları ixrac etmək istəyir
30.9.2019

“Azərbaycan istehsalı olan bir sıra məhsulların Cənubi Koreyada yüksək səviyyədə satışı təşkil edilə bilər”.

"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev bildirib.

Onun sözlərinə görə, Azərbaycan üçün Cənubi Koreya bazarına çıxış çox önəmlidir: “Koreya İdxalçılar Assosiasiyasının Azərbaycanın kənd təsərrüfatı və emalı məhsullarına marağı var. Azərbaycan şirələri, çayı, şərabları, həmçinin kimya və digər sənaye məhsullarının satışı üçün alıcılarlarla görüş təşkil edilə bilər. Bunun üçün Azərbaycan sahibkarlarından ibarət missiyanın Cənubi Koreyaya səfəri nəzərdə tutulur”.