Milyarderin qızının toyu üçün dünyanın ən bahalı tortu hazırlanmışdır
18.2.2013

“Formula-1” benynəlxalq avtoçempionatının sahibi Berni Ekklstounun qızı Petranın toyunun ildönümü üçün dünyanın ən bahalı tortu hazırlanmışdır.
İngiltərənin Liverpul şəhərində hazırlanmış bu tortun üzərində toplam 2046 karatlıq 2 min almaz qaş var.
Tortun dəyəri 500 min dollardır.
Həmin tortun kiçik surəti Petranın ötən ildəki toyunda qonaqlar üçün kəsilmişdi.
Liverpul şəhərindəki “Bling Bling Street” şirkətinin zərgərləri Rassel və Keysin bildirmişlər ki, bu tort yubileydə kəsilməyəcək, Liverpuldakı “BT Convention Centre”də nümayiş olunacaqdır.

AzərTac