Azərbaycanın Əməkdar Artisti Azərin Türkiyədə növbəti dəfə yüksək mükafata layiq görülmüşdür.
Sənətçimizə Türkiyənin tanınmış siyasətçilərindən olan, bir neçə il əvvəl təyyarə qəzasında dünyasını dəyişmiş Möhsin Yazıçıoğlunun adına təsis edilən “Basın ödülü” mükafatı verilmişdir.
Bu mükafatı sənət adamları sırasında ilk dəfə Azərin almışdır.
Azərin bu mükafata mərhum siyasətçinin “Üşüyorum” adlı şeirinə bəstələnmiş mahnını ifa etdiyinə görə layiq görülmüşdür.
Mahnının bəstəkarı azərbaycanlı musiqiçi Zümrüd Tağıyevadır.
AzərTAc