Meymunların böyütdüyü qız olaraq tanınan Marina Çepmen öz hekayəsini danışdı.
Kolumbiyalı Marina Çepmen meymunların ona analıq etdiyini iddia edir.
Kolumbiyada 4 yaşında ikən qaçırıldıqdan sonra meşədə meymunlarla yaşadığını iddia edən Marina Çepmen ilk dəfə olaraq öz həyat hekayəsini danışdı. 4 il ərzində meymunların arasında yaşayan qız ilk dəfə olaraq keçirdiyi uşaqlığı barədə xatirələrini öz kitabında paylaşdı.
Marina kitabında çarəsiz şəkildə meşədə gözləyərkən bir meymun ailəsi tərəfindən tapıldığını və onlar kimi ağaclarda yatdığını meymunlarla ünsiyyət qura bildiyini göstərib.
Dörd yaşında ikən meşəyə düşən Marina Çepmen beş il sonra ovçular tərəfindən xilas edilib. Ancaq Marina bundan sonra şəhərdə hansısa qruplaşma üçün çalışan küçə uşaqlarına qoşulub. Daha sonra xidmətçi kimi işə başlayan Marina 1978-ci ildə işlədiyi ailə ilə birlikdə İngiltərəyə köçüb və burada hal-hazırda əri olan Con Çepmenlə tanış olub. “The Telegraph” qəzetinin yaydığı məlumata görə, indi 63 yaşında olan Çepmenin 2 uşağı və 3 nəvəsi var. Marina Çepmen xatirələrini “The Girl With No Name” adlı kitabında yayımlayıb.
Gün.Az