Bakı Metropoliteni sistemində 2030-cu ilədək 50 yeni stansiya tikiləcəkdir
3.4.2013

Bakı Metropoliteni sistemində 2030-cu ilədək 50 yeni stansiya tikiləcəkdir.
Bu barədə Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat vermişdir.
Metropoliten rəisi demişdir ki, hazırda 8 stansiya və 2 deponun tikintisi üzrə işlər aparılır. Gələn il “Avtovağzal” və “Memar Əcəmi-2” stansiyaları istismara veriləcəkdir.
Tağı Əhmədov, həmçinin bildirmişdir ki, 2016-cı ildə “Həzi Asalanov” stansiyasından “Yeni Günəşli” qəsəbəsinədək tunelin tikintisinin başa çatdırılması planlaşdırılır.

AzərTAc