Azərbaycan 2015-ci ildə keçirləcək Birinci Avropa Olimpiya Oyunlarına qədər paytaxtda üçulduzlu otellərin çatışmazlığı problemini həll etmək niyyətindədir.
Bu barədə cümə axşamı mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə açıqlamasında bildirib.
"Bəzi layihələrə start verilib və gələn ilin ortalarında siz Bakıda 5-6 ədəd üçulduzlu otelin tikintisinin şahidi olacaqsınız. Onlar Oyunların keçirilməsi ərəfəsində fəaliyyətə başlayacaq", -deyə, Qarayev bildirib.
Onun sözlərinə görə, nazirlik bu istiqamətdə işlər görür.
"Biz qanunvericilik bazasını yaradırıq, məsləhətlər veririk, lazımi köməkliyi göstəririk",- Qarayev bildirib.
Azərbaycanda hazırda 514 mehmanxana və mehmanxana tipli obyekt fəaliyyət göstərir.
Trend