İstifadə olunmayan "Bakcell" sim kartları təkrar şatışa çıxarılacaq
5.4.2013

"Bakcell" nömrələrinin sahibləri operatorun şəbəkəsində aktiv olmayan nömrələri mayın 5-dək aktivləşdirməlidirlər. Bu barədə cümə günü şirkətin yaydığı məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, nömrələri aktivləşdirmək üçün abonentlər şirkətin Müştəri Xidmətləri mərkəzlərinə müraciət etməlidirlər. Əks halda abonentlə olan müqavilə ləğv olunacaq. "Bakcell" şirkəti istifadə edilməyən nömrələrin təkrar bazara çıxarmaq hüququnu özündə saxlayır.

trend.az