Britaniyalı boksçu rinqdə ölüb. Keçirdiyi heç bir oyunda məğlub olmayan orta çəkili boksçu Maykl Norqrouv 31 yaşında Londonda keçirdiyi rinqdə ölüb.
Norqrouvun martın 28-də Tom Bouenlə qarşılaşmasında başından zədə aldığı bildirilir. Boksçu qəfil yerə yıxılıb və hospitala yerləşdirilib. Onun beynində əməliyyat aparılıb. Lakin boksçunun həyatını xilas etmək mümkün olmayıb.
ANS PRESS