Almaniyanın ən nüfuzlu telekanalı olan Mittwochslotto lotereyasının son tirajında böyük qalmaqal yaşanıb. Lotereya zamanı iki kürənin şüşə qaba qoyulmaması səbəbindən çəkiliş təkrarlanıb.
22 dəqiqə ərzində milyonçuluğu yaşayan "bəxtəvər qalib"lər sonradan böyük psixoloji travma alıblar.
11 milyon avroluq cek-potun oynandığı tiraj zamanı 3, 8, 11, 26, 32 və 40 kürələr şüşə qabdan düşüb, əlavə rəqəm isə 9 olub. Lakin 22 dəqiqə sonra bəlli olub ki, 46 və 47 saylı kürələr çəkilişdə yoxmuş.
Tiraj təkrarlanıb, bu dəfə şüşə qabdan əlavə rəqəm kimi 24, əsas rəqəmlər kimi 16, 21, 23, 29, 31 və 38 saylı kürələr düşüblər. Tirajın ilk çəkilişində qalib sayılmış lotereya biletlərinin sahiblərinə heç nə verilməyəcək.
Big.az