“Dəmir Ledi” vəfat etdi - Video
9.4.2013

Britaniyanın müharibədən sonrakı ən qüdrtəli baş naziri baronessa Marqaret Tetçer 87 yaşında beyinə qan sızmasından vəfat edib.

Onun oğlu Mark və qızı Kerol analarının dünyasını dəyişdiyini rəsmən təsdiq ediblər.

“Dəmir Ledi” kimi tanınan Tetçer 1979-1990-cı illərdə Britaniyanın baş naziri olub. Onun şöhrəti Britaniya tarixində ilk və hələlik son qadın baş nazir olmaqla qalmır. O, tarixdə həmçinin ölkəsinin iqtisadiyatını radikal şəkildə dəyişmiş və Britaniyanı beynəlxalq aləmin mühüm oyunçusuna çevirmiş rəhbər kimi qalacaq.
Bu gün beynəlxalq aləmdə qlobalizm kimi tanınan cərəyanın başlıca elementlərini ilk dəfə olaraq məhz xanım Tetçer tətbiq etmişdi.

Lakin ən mühümü budur ki, Marqaret Tetçer yaxın dostu Ronald Reyqanla birlikdə Sovet İttifaqı üzərində Soyuq müharibədə qələbə çalmış siyasi xadim, yeni Avropanın memarlarından biri sayılır.

“The Daily Telegraph” yazır ki, Margaret Tetçerdən başqa dünya siyasətində ikinci belə böyük iz buraxmış Britanitya lideri Uinston Çörçil olub.

Qəzet yazır ki, xanım Tetçer 2001-ci ildən etibarən bir neçə kiçik insult keçirmişdi. Tetçer hətta 2010-cu ilin oktyabrında keçirilən 85 illik yubiley məclisinə qatıla bilməmişdi. Ledi Tetçer 1992-ci ildə Azərbaycana səfər etmiş və Britaniya mətbuatının yazdığına görə BP-nin bu ölkəyə ayaqaçdısının əsasını qoymuşdu.
Video

http://publika.az