“Yay” qalereyasında “Özünümüşahidə” video-art sərgisi - FOTO
11.4.2013

Bakıda aprelin 10-da "Yay" qalereyasında "Özünümüşahidə" layihəsi çərçivəsində Villiam Kobbinqin, Şaarbek Amankulun və Zamir Süleymanovun əsərləri təqdim olunub.
Layihə Yarat! Müasir İncəsənət Məkanının və gənc müstəqil kurator Suad Qarayeva tərəfindən düşünülüb və reallaşdırılıb.

Tədbirdə Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, "Üns" Yaradıcılıq Səhnəsinin bədii rəhbəri, professor Nərgiz Paşayeva, YARAT! Müasir İncəsənət Məkanı təşkilatının təsisçisi Aida Mahmudova, görkəmli ictimai, mədəniyyət və incəsənət xadimləri, diplomatik missiyaların rəhbərləri iştirak ediblər.

Aprelin 11-dən 23-dək "Yay" qalereyasında "Özünümüşahidə" layihəsi üç rəssamın əsərləri təqdim olunur; rəssamların hamısı insanın daxili aləmi mövzusuna toxunur və tamaşaçıların təməl, qədimdən gələn və əhəmiyyətli məqamlarla bağlı anlayışlarını sorğu-sual edir.
Bu sərgidə təmsil olunan rəssamlar əsasən əbədilik konsepsiyasını mütərəqqi texnologiyalar dili ilə ifadə edən video-art sənətindən istifadə edir.

publika.az