Qusarda tanınmış detektiv əsərlər müəllifi ilə görüş keçirilmişdir
11.4.2013

Qusarda tanınmış detektiv əsərlər müəllifi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 2011-ci ildə ilin yazıçısı, 2012-ci ilin ən çox oxunan ədibi adına layiq görülmüş Elxan Elatlı ilə görüş keçirilmişdir.

Qusar Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçirilmiş görüşdə ziyalılar, məktəbli oxucular, kitabxanaçılar iştirak etmişlər.

“Yeddinci mərtəbədə qətl”, “İtmiş qızın axtarışı”, “Pəncərədə görünən kölgə”, “Xəyanət”, “Qan ləkəsi”, “Bakıdan gələn xəfiyyə” və digər detektiv əsərlərin müəllifi Elxan Elatlı qusarlı oxucularının suallarını cavablandırmış, görüşə gəldiklərinə görə onlara təşəkkür etmişdir.

Tədbirdə müəllifin son dövrdə nəşr olunan əsərləri sərgilənmiş, müəllif yeni kitablarını imzası ilə oxuculara təqdim etmişdir.

AzərTAc