İtaliya futbolçusu Del Piero üç mükafata layiq görülmüşdür
12.4.2013

İtaliyanın canlı əfsanəsi Alessandro Del Pyero ötən mövsümün yekununa görə, Avstraliyanın “Sidney” klubunun ən yaxşı futbolçusu seçilmişdir.
38 yaşlı hücumçu ən yaxşı bombardir və azarkeş simpatiyasına görə nəzərdə tutulan mükafatlara da sahib çıxmışdır.
Qeyd edək ki, ötən ilin sentyabrında “Sidney”lə müqavilə bağlamış Del Pyero son mövsüm meydana çıxdığı 23 oyunda 14 qolun və 5 məhsuldar ötürmənin müəllifi olmuşdur.

AzərTAc