Bakı gül-çiçəyə bürünməyə hazırlaşır - Foto
12.4.2013

Paytaxtda Gül bayramı hazırlıqları başladı.

Hər il keçirilən bayram tədbirinə bir ay vaxt qalsa da, artıq işlərə indidən start verilib.

Bu il mayın 10-da ümummilli lider Heydər Əliyevin 90 illiyi qeyd olunacaq. Hər il olduğu kimi, həmin gün Gül bayramı təşkil olunacaq. Hazırda bu bayrama ciddi hazırlıq gedir.

Tədbirin keçiriləcəyi Heydər Əliyev adına Sarayın qarşısındakı parkda stendlər, güllərin qoyulması üçün lazımi avadanlıqlar artıq gətirilib. Əraziyə giriş-çıxış bağlanıb.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, mayın 10-da Heydər Əliyev adına Parkda ənənəvi ümumşəhər Gül bayramı keçiriləcək. Parkın ərazisində yüsək zövqlə, bədii-estetik dizayn işləri ilə hazırlanmış gül kompozisiyaları hazırlanacaq. Bayram tədbiri mayın 15-dək davam etdiriləcək.

publika.az