Estoniyanın paytaxtı Tallin şəhərinin meri Edqar Savitsaar buz zalının tikilməsi üçün protokol imzalayıb.
Çoxfunksiyalı buz sarayı Varrakau küçəsində tikiləcək. Saraya beş min nəfərlik tribuna və məşq üçün iki buz meydançası daxildir. Layihə konsert və başqa kütləvi ictimai tədbirlərin burada - buz səhnəsində keçirilməsini nəzərdə tutur.
Buz sarayının tikilməsi 2014-cü ilin iyununda bitəcək. Estoniyada 2015-ci ilin yanvarında gənclər arasında fiqurlu konkisürmə üzrə dünya çempionatı keçiriləcək.
Big.az