Paytaxtda gül bayramına hazırlıq
15.4.2013

Heydər Əliyev Sarayının qarşısındakı parkda ənənəvi olaraq, gül bayramı ilə əlaqədar hazırlıq işlərinə start verilib. Güllər hələlik gətirilməsə də, çiçəklərin formaya salınması üçün lazım olan taxta və dəmir konstruksiyaların quraşdırılmasına başlanılıb.

Bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa, Almaniya və digər ölkələrdən müxtəlif növ güllər gətiriləcək. Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, xarici ölkələrdən gələn dizaynerlər də çalışacaq. Builki gül bayramında fərqli mənzərələrin də şahidi ola biləcəyik. Belə ki, Heydər Əliyev sarayının qarşısındakı parkda, Azərbaycanın müxtəlif tarixi abidələrinin maketini də görmək mümkün olacaq.

Güllərdən ibarət kompzisiyaların hazırlanmasına isə bu ayın sonundan başlanılacaq. Xatırladaq ki, ölkəmizdə gül bayramı 2004-cü ildən bəri hər il mayın 10-da, Heydər Əliyevin doğum günündə qeyd olunur.

ANS TV