Moskvada dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 95 illik yubileyi münasibətilə təntənəli gecə keçiriləcəkdir
16.4.2013

Aprelin 16-da Moskva Dövlət Konservatoriyasının böyük zalında P.İ.Çaykovski adına Dövlət Akademik Böyük Simfonik Orkestrinin və dirijor Elşad Bağırovun iştirakı ilə Qara Qarayevin 95 illik yubileyinə həsr olunmuş təntənəli gecə keçiriləcəkdir.
Bu barədə mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev Qara Qarayev adına V Beynəlxalq müasir musiqi festivalının açılış mərasimdəki çıxışında məlumat vermişdir.
Nazir müavini qeyd etmişdir ki, həmçinin Moskvada dahi bəstəkarın şəxsi evinin divarına xatirə lövhəsi vurulacaqdır.

AzərTac