Yazda ən çox dəbdə olan aksessuarlar
16.4.2013

Əvvəlki illərdə uzun zəncirlər və çoxlu qolbaqlar dəbdə idi. Hazırda isə üzüklər, qolbaq və uzun zəncirləri dəbdə qabaqlayıb. Yəni, mövsümün trendinə çevrilə bilib.

Üzük çılğınlığını podiuma daşıyan markaların başında bütün qadınların ağlını başından alan Balenciaganın Mafia üzükləri durur. Silindir şəklində və fərqli qalınlıqda olan bu üzüklər, hər bir qadının zövqünü oxşyacaq.

Keçən il yavaş-yavaş, küçə dəbi ilə başlayan hər barmağa bir neçə üzük dəbi, bu il markaların və aksessuar markalarının hamısında yer alıb.

Üzük çılğınlığı sadəcə çoxlu üzük taxmaqla bitmir. Bir barmağa çoxlu sayda da üzük taxıb ilin trendini yaxalaya bilərsiniz.

Publika.Az