Alergik reaksiyaları azalmaq üçün təbii üsullardan istifadə etmək mümkündür. Araşdırmalar göstərir ki, davamlı yaşıl çay içmək allergiyanı azaldır. Yaşıl çay güclü antioksidantdır. Onun tərkibində olan maddələr xüsusilə alergik və bədəndəki kimyəvi reaksiyaları əngəlləmək gücünə sahibdir. Bu baxımdan yaşıl çay, ev heyvanlarına qarşı, toza və bəzi kimyəvi maddələr qarşı mübarizə aparır. Gündə 2-3 stəkan yaşıl çay içmək lazımdır.
Flavonoid ailəsinə mənsub olan kuersetin: soğan, alma, çiyələk, üzüm, qara çay, cəfəri, fındıq və başqa tərəvəzlərin tərkibində var. Bu alerjik reaksiyaları əngəlləyən maddələrə qarşı təbii bir anti-histamin, antioksidant və anti-enflamatuardır.
Kuersetin, mast hüceyrələri hədəfə alır və allergik reaksiyalara qarşı histamin mübarizə aparır. Allergiya zamanı qaşınmanı aradan qaldırır. Ağciyər funksiyaları fəaliyyətə başlayır və allergik reaksiyalar azalır.
C vitamini allergiyaya son dərəcə təsirlidir və immunineti gücləndirir. C vitamini, allergiya ilə mübarizədə hormonları çoxaltmaq üçün böyrəküstü bezləri təşviq edir və beləcə təbii olaraq allergiyalara qarşı orqanizmi qoruyur.
Çiyələk, brokoli, bibər, pomidor və yaşıl yarpaqlı tərəvəzlərdə allergiyanı aradan qaldırmaq üçün C vitamini vacibdir.
Publika.Az