Bu nəqliyyat vasitəsi həm quruda hərəkət edir, həm də suda.
Macarıstanda bir neçə ildir ki istifadəyə verilən nəqliyyat vasitəsinin adı amfibusdur. Amfibus əsasən turistlərə xidmət üçün nəzərdə tutulsa da, yerli sakinlər də bu qeyri-adi nəqliyyat növündən istifadə edirlər.
Sözügedən avtobus quruda hərəkət etdiyi kimi, suya daxil olduqda üzür və sahilə çıxır. Suya daxil olanda təkərləri yığılan maşın Tuna çayında saatlarla üzə bilir.
Big.az