Çinin Şandun vilayətindəki Linzi şəhərində yerləşən buddist məbədindəki qədim zəng asıldığı tirdən qırılaraq turistin başına düşüb.
Turist Lin Van zəngin altında duranda onunla birlikdə məbədə gəlmiş dostları nəhəng zəngi döyəcləməyə başlayıblar.
Zərbələrdən yellənən zəng asıldığı tirdən qopub və Vanın başına düşüb.
Məbəddəki kahinlər polisə zəng vurublar.
Hadisə yerinə gəlmiş polis və yanğınsöndürənlər iki saat davam edən xilasetmə əməliyyatından sonra Li Vanı zəngin altından çıxarıblar.
Milli.Az