Nəhəng ilandan son anda qurtuldu - VİDEO
23.5.2013

ABŞ-da Cason Li yolda tutduğu 6 metrlik ilanı təkbaşına öldürüb.

Florida ştatının sakini Cason Li yolda gedərkən kolluqların arasında hərəkət görüb. Yaxınlaşanda 6 metr uzunluğu 58 kq ağırlığı olan ilanla üzbəüz gəlib. Li dişi pitonun quyruğundan tutaraq yola tərək sürüməyə çalışarkən özünü itirib və ilan onun bədəninə sarılıb. Qısa müddət kömək çağıran Li sonda bıçaqla ilanı öldürüb.

Ümumiyyətlə nəhəng pitonlar son 30 ildə ştatda əsl təhlükə mənbəyi olublar. Belə ki, 1980-ci illərdə pitonları ev heyvanı kimi bəsləyən amerikalılar sonradan onları meşəyə buraxıblar.
Video

publika.az