“Mələklərin ürəyi” aksiyası keçirilib - Foto
24.5.2013

“Mələklərin ürəyi” adlı xeyriyyə tədbiri keçirilib.

Aksiya “Uşaqların Xoşbəxt Gələcəyi” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşıb.

Birliyin sədri Nərgiz Kərimovanın məlumatına görə, qarşıdan gələn “Uşaqların müdafiə günü” münasibətilə keçirən tədbirdə bir sıra oyunlar və lotoreyalar keçirilib. Məşhur brendlərin sponsorluq etdiyi tədbirdən gələn gəlir isə ürək qüsurlu uşaqların əməliyyatına sərf olunacaq.

Toplanılan 15 min manatdan çox məbləğlə iki ürək qüsurlu uşaq – Gülər Bayramova və Orxan Taxarov bu günlərdə əməliyyat üçün Ukraynaya yola düşəcəklər.

Gün.Az