Təhsil Nazirliyində daha bir yenilik baş verib - FOTO
10.6.2013

Təhsil Nazirliyində növbəti yenilik edilib.

Nazirliyin loqosu dəyişdirilib.

Əvvəlki loqoda bir kitabın içərisində Azərbaycan bayrağı olduğu halda, yeni loqoda bir neçə kitabın-dərsliyin içərisində Azərbaycanın gerbi yerləşdirilib.

Təhsil Nazirliyindən Təhsil Nazirliyinin loqosunun dəyişdirildiyi təsdiqlənib.

Nazirlikdən deyilib ki, yeniliklər bununla yekunlaşmayacaq. Belə ki, Təhsil Nazirliyinin saytında da dəyişikliklər aparılacaq. Nazirliyin facebook səhifəsi isə artıq yeni formada hazırlanıb.

APA